Tələbə Gənclər Təşkilatı

Tələbə Gənclər TəşkilatıOrxan Əfqan oğlu Muradzadə – sədr
1999-cu ildə Qəbələ rayonunun,Həmzəli kəndində anadan olub. 2017-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin Aqronomluq ixtisasına daxil olub. İlk günlərdən Tələbə Gənclər Təşkilatında aktiv fəaliyyət göstərməyə başlayıb.Təşkilatın Aqronomluq fakültəsinin sədri daha sonra isə universitetin Tələbə Gənclər Təşkilatının sədr müavini, 2019-cü ildə Tələbə Gənclər Təşkilatının sədri seçilib.

Tələbə Gənclər TəşkilatıNizami Zaur oğlu Məmmədov
sədr müavini
2002-ci ildə Gəncə şəhərində anadan olub.
Baytarlıq təbabəti fakültəsinin Baytarlıq ixtisasının 2-ci kursunda təhsil alır.


Azərbaycanda Dövlət quruculuğu prosesində həlledici dönüşün baş verdiyi, müasir dövlətçiliyimizin memarı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət əsas vəzifələrdən birinə çevrildi. Ölkəmizdə gənclər hərəkatının əsası qoyuldu. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi,1997-ci ildə fevralın 2-nin Gənclər günü elan edilməsi ilə bağlı fərmanın imzalanması dövlət gənclər siyasətinin uzunmüddətli strategiyaya söykəndiyini göstərir. Gənclər günü Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük töhfələrindən biri, Azərbaycan gəncliyinə dövlət səviyyəsində verilən qiymətdir. Bu uzaqgörən siyasət Respublika Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Hazırda Azərbaycanda dinamik gənclər hərəkatı mövcuddur. Sayca üçüncü olan Dövlət Proqramı Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, gənclərin yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq kimi mühüm məsələləri həyata keçirmək məqsədi daşıyır.



Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatı gənclərin təhsilə olan marağının artırılması, təhsildə rəqabətin formalaşması üçün müxtəlif layihələr həyata keçirir və bu layihələrdən biri də “Tələbələr arasında fənn olimpiadaları”nın keçirilməsidir. 4 həftə müddətində davam edən olimpiadada yüksək nəticələr əldə etmiş tələbələr rektorluq tərəfindən Fəxri fərmanla təltif edilmiş və müxtəlif mükafatlara layiq görülmüşlər.

Təşkilat gənclərin bacarıqlarını, istedadlarını, rəssamlıq qabiliyyətlərini üzə çıxarmaq, özlərini tanıtmaq məqsədi ilə onların arasında intellektual yarışların keçirilməsini, əyləncəli konsert proqramlarının təşkilini əsas məqsədlərdən biri hesab edir. Bu sahədə mütəmadi olaraq keçirilən istər fərdi, istərsə də komanda şəklində fakültələrarası “Güclü Beyinlər” adlı intellektual çempionat, “Mən bacarıram” adlı layihə, əl işlərindən ibarət “Qızıl əllər” adlı sərgilər xüsusi əhəmiyyət kəsb edir.

Tələbə Gənclər TəşkilatıTələbə Gənclər TəşkilatıTələbə Gənclər TəşkilatıTələbə Gənclər Təşkilatı

Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların bir-birlərini daha yaxşı tanımaları, əlaqələrin daha da möhkəmlənməsi, eyni zamanda Gəncənin, eləcə də ölkəmizin mədəniyyətini və tarixini daha yaxşı öyrənmək üçün şəhərimizdə fəaliyyət göstərən muzeylərə, ətraf rayonlara ekskursiyalar təşkil olunur.
Tələbələr arasında humanizm anlayışını aşılamaq, belə nəcib hissləri inkişaf etdirmək məqsədilə Gəncə şəhərində yaşayan şəhid ailələrinə, qazilərimizə, eyni zamanda valideyn himayəsindən məhrum olan uşaqların yaşadığı uşaq evlərinə baş çəkilir, onlar üçün müxtəlif oyunlar, rəsm dərsləri təşkil olunur.

Tələbələri sağlam həyat tərzinə dəvət etmək, onları zərərli vərdişlərdən çəkindirmək təşkilatın əsas vəzifələrindən biridir. Bu sahədə maarifləndirmə məqsədilə erkən nikahlar və onların fəsadları, narkotik və alkoqol içkilərin yaratdığı problemlər və QİÇS-ə qarşı mübarizə ilə bağlı tədbirləri misal göstərmək olar. Bununla bağlı tələbələrlə keçirilən mütəmadi görüşlərdə universitetin tərbiyə işləri üzrə prorektoru iştirak edir, maarifləndirici söhbətlər aparılır. “Sağlam gələcək sağlam gənclik ilə gələcək” adlı layihə universitet gəncləri arasında böyük marağa səbəb olmuşdur.

Tələbə Gənclər TəşkilatıTələbə Gənclər TəşkilatıTələbə Gənclər Təşkilatı

Tələbələrdə yüksək vətənpərvərlik ruhunun aşılanması üçün xalqımızın, Respublikamızın həyatında mühüm əhəmiyyətə malik tarixi günlər, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş Milli Qəhrəman adına layiq görülmüş insanlar haqqında ətraflı məlumatların əldə edilməsi, daha da zənginləşməsi üçün dəyirmi masalar təşkil olunur, “Milli Qəhrəmanlarımızın gənclər arasında təbliği” layihəsi uğurla həyata keçirilir. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili, təcrübələrinin artırılması məqsədilə mütəmadi şəkildə təlimlər və seminarlar təşkil olunur, motivasiya, özünə güvən, fərdi inkişaf, komanda işi, liderlik, psixologiya ilə bağlı müxtəlif mövzular, eyni zamanda aqrar sahəylə bağlı təhsil alan tələbələrin praktiki vərdişlərinin artırılması məqsədi ilə təcrübə təsərrüfatlarına ekskursiyalar təşkil olunur.

Gəncə Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində könüllü gənclərin bu layihəyə cəlb olunması üçün 4 gün müddətində davam edən “Azərbaycan Dövlət Aqrar Universiteti Tələbələrin Könüllülük Məktəbi” layihəsi də uğurlu olmuşdur. 4 gün müddətində davam edən layihədə 50 nəfər tələbə iştirak etmişdir. Sonda onlar sertifikatla təltif olunmuşlar.

Tələbə Gənclər TəşkilatıTələbə Gənclər TəşkilatıTələbə Gənclər TəşkilatıTələbə Gənclər TəşkilatıTələbə Gənclər TəşkilatıTələbə Gənclər Təşkilatı

Azərbaycan Dövlət Aqrar Universitetinin yaranmasının 100 illik yubileyinə həsr olunan “Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin Universitetimizi Qoruyaq, Təmizlik Aksiyası” layihəsi də bu qəbildəndir.

Azərbaycan Dövlət Aqrar Universiteti Gəncə şəhər orta məktəbləri ilə sıx əməkdaşlıq edir. Təşkilatın aktiv iştirakçıları tərəfindən orta məktəbdə təhsil alan şagirdlərin və abituriyentlərin universitetə ekskursiyası təşkil olunur onlar universitetlə, tələbələrin yaşadıqları tələbə yataqxanaları ilə yaxından tanış olurlar.
Azərbaycan Dövlət Aqrar Universiteti istər şəhər, istərsə də respublika üzrə keçirilən intellektual yarışlarda böyük uğurlar əldə etmişlər. “Mer kuboku”, “Regionlar kuboku”, “Nə? Harda? Nə zaman?” çempionatı, “Bilik kuboku” və digər yarışlarda daim qələbə qazanaraq ən yüksək uğurlara imza atmışlar.
Azərbaycan Dövlət Aqrar Universiteti tələbələri təkcə şəhər əhəmiyyətli tədbirlərdə deyil, respublika əhəmiyyətli tədbirlərdə də yaxından iştirak edərək Könüllülük hərakatına öz töhfələrini verirlər.

Tələbə Gənclər TəşkilatıTələbə Gənclər TəşkilatıTələbə Gənclər TəşkilatıTələbə Gənclər Təşkilatı

Bakı 2015 – İlk Avropa Oyunlarında universitetin 100-yə yaxın tələbəsi könüllü kimi iştirak etmişlər.Bakı şəhərində keçirilən FORMULA-1 yarışlarında, Bakı-2017 İslam Oyunlarının təşkilində universitetimizin tələbələri könüllü kimi yaxından iştirak etmişlər Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi Bir Tələbə Könüllü proqramına qoşulmuş və tələbələrimiz həmin proqramın işində yüksək fəallıq göstərmişlər.

Bütün bu işlərə görə Tələbə Gənclər Təşkilatı dəfələrlə Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Fəxri diplom”lara, “Təşəkkürnamə”lərə, müxtəlif mükafatlara layiq görülmüşdür.

Tələbə Gənclər Təşkilatı
Sosial şəbəkələrdə paylaş: