TƏCRÜBƏ VƏ KARYERA MƏRKƏZİ - HAQQINDA

Azərbaycan Dövlət Aqrar Universitetin Karyera Mərkəzi 10.10.2019-cu il tarixində yaradılmış tələbələrin gələcəkdə uğurlu karyera qurmalarına yardımçı olan struktur bölmələrdən biridir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti tələbələrin və məzunların məşğulluğunun təmin olunmasında dəstək olmaq və köməklik göstərməkdir. Bunun ücün Karyera Mərkəzi gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması məqsədi ilə kompleks tədbirləri həyata keçirir.


TƏCRÜBƏ VƏ KARYERA MƏRKƏZİ - HAQQINDAMƏRKƏZİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ:

1. Universitetin tələbələrinə aldıqları nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsi məqsədilə tədris, istehsalat və diplomqabağı təcrübələri təşkil etmək, bu məqsədlə ayrı-ayrı ixtisaslar üzrə müvafiq tədris sənədlərini hazırlamaq və məzunları öz ixtisasları üzrə peşəkar iş həyatına hazırlamaq, iş axtarışında, uğurlu karyera qurmalarında onlara köməklik etmək;

2. Tələbə və məzunların şəxsi inkişafına dəstək olmaq, onların özünü təqdim etmə bacarığı, peşəkar ixtisaslaşma imkanlarını artırmaq, əmək bazarının vəziyyəti barədə onlara məsləhət vermək üçün onlarla daim əlaqə saxlamaq;

3. Respublikamızda fəaliyyət göstərən müəssisə, təşkilatlar və sahibkarlarla əməkdaşlıq etmək, təcrübənin keçirilməsini təmin etmək məqdəilə onlar arasında müqavilələrin bağlanmasını təşkil etmək, təcrübələrin proqram və qrafikini onlarla razılaşmaq, həmin qurumlarda olan vakansiyalar haqqında tələbələri və məzunları məlumatlandırmaq;

4. Müəssisə, şirkət rəhbərləri mütəxəssisləri ilə tələbələrin, məzunların görüşlərinin mütəmadi təşkil etmək, həmin müəssisələrin bazasını yaratmaq, bu şirkətlərlə istehsalat təcrübəsinin keçməsi, məzunların işə götürülməsi haqqında danışıqlar aparmaq və niyyət protokolu imzalamaq;

5. Müxtəlif şirkət və sənaye müəssisələrinə təcrübə gəzintilərinin və ekskursiyaların təşkil edilməsi.

6. Tələbə və məzunlara professional CV və motivasiya məktubunun hazırlanmasında köməklik göstərmək;

7. Tələbə və magistrantları muxtəlif tədris-inkişaf mərkəzlərində kurslar keçmək haqda maarifləndirmək və onları bu kurslara yönləndirmək.

8. Universitetin əməkdaşlıq etdiyi partnyorlar və digər müəssisələr, beynəlxalq təşkilatlar və digər xarici (ölkədaxili həmçinin) qurumlar haqqında lazımı (ünvan, profili, əsas fəaliyyət istiqamətləri və s.) məlumat toplamaq, onlar haqqında avtomatlaşdırılmış məlumat bazası yaratmaq;

9. Məzunların məşğulluğunu təmin etmək üçün mütəmadi tədbirlər təşkil etmək (əmək yarmarkaları, şirkət təqdimatları, karyera günləri, dəyirmi masalar, konfranslar,təlimlər və s.), bu tədbirlər və iş elanları barədə ətraflı informasiyalar hazırlamaq və həmin informasiyaları tələbələrə, məzunlara çatdırmaq;

10. Mütəmadi olaraq elm, dövlət və iş dünyasında uğur qazanmış şəxslərin tələbələrlə səmimi görüşlərinin təşkil olunması; (tələbələr həmin şəxsin həyat və iş təcrübəsini öyrənir, müasir iş dünyasının tələblərindən xəbərdar olur və müsbət mənada özlərinə nümunə götürürlər).
Sosial şəbəkələrdə paylaş: