ADAU-nun yeni internet saytı istifadəyə verilib

ADAU-nun yeni internet saytı istifadəyə verilibÖlkəmizdə aqrar təhsilə və aqrar elmə dövlət qayğısı tədbirləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi-texniki bazası ən müasir tələblərə uyğun yenidən qurulmuş, gənclər arasında aqrar təhsilə maraq artmış, əcnəbi dillərdə təhsil və ikili diplom proqramlarının icrasına başlanılmış, bütövlükdə isə təhsil prosesi və elmi-tədqiqat işləri keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. Bütün bunları, eləcə də qlobal çağırışların tələblərini nəzərə alaraq universitetin real vəziyyətini özündə əks etdirən yenidən hazırlanmışinternet saytıwww.adau.edu.az saytı istifadəyə verilmişdir. Bununla əlaqədar keçirilən tədbirdə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək yeni dizaynda hazırlanmış saytın xüsusilə abituriyentlərin seçim mərhələsində rolundan, bütövlükdə universitetin regional, milli və beynəlxalq səviyyədə tanıdılmasına verəcəyi töhfələrdən danışıb.

Təqdimatda bildirilib ki, azərbaycan, rus və ingilis dilləri ilə yanaşı müvafiq proqram vasitəsilə alman, fransız, ispan, italyan, çin, ərəb dillərinəçevrilən sayt universitet həyatının bütün sahələrini, o cümlədən təhsil müəssisəsi haqqında məlumat, tələbə qəbulu, təhsil, elmi-tədqiqat, beynəlxalq əlaqələr, tələbə həyatı, təcrübə və karyera bölmələrini əhatə edir. Saytın universitet haqqında olan bölməsində təhsil müəssisəsinin tarixi, Gəncə şəhəri, ölkə Başçısının təhsil müəssisəsinə səfərləri, rektorun müraciəti, sabıq rektorlar, uğurlu məzunlar, tanıtım materialları, inkişaf strategiyası yarım bölmələri mövcuddur.

Universitetdə təhsil imkanları barədə abituriyentlərəgeniş məlumat vermək məqsədilə dövlət sifarişli ixtisaslar, ikili diplom proqramları, təqaüdlər, əcnəbi tələbələrin təhsili kimi bölmələr yer almışdır. Universitetin beynəlxalq əlaqələrinin inkişafınınmüasir vəziyyətini nəzərə alaraq müvafiq bölmədə mübadilə proqramları, xarici dillərdə ixtisaslar, ikili diplom proqramları, qəbul qaydaları, əcnəbi tələbələrin asudə vaxtına dair məlumatlar əksini tapmış, onlayn müraciət imkanları yaradılmışdır.

Universitetin idarə edilməsində tələbələrin fikir və rəylərini daim diqqət mərkəzində saxlanılması ilə əlaqədar olaraq tələbə həyatı bölməsində tələbə məmnunluq soğrusu, ideya bankı, Aqrar İnkişaf Könüllüləri və digər tələbə təşkilatlarının fəaliyyəti, habelə karyera, tələbələrin asudə vaxtının təşkili məsələləri öz əksini tapmışdır. Həmçinin universitet-sənaye əməkdaşlığı, ADAU-TV, kitabxana, tədris və elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, muzeylər, tələbə evləri, tədris-təcrübə təsərrüfatı, klinikalar, fermerlər üçün aqrar məsləhət xidməti və digər məlumatlar da yer almışdır.

Diqqəti cəlb edən məqamlardan biri də ayrı-ayrılıqda hər bir fakültənin internet saytının, kafedralar haqqında məlumatların, habelə professor-müəllim heyətinin müvafiq dillərdə tərcümeyi-hallarının mövcudluğudur ki, bu da fakültə və kafedralar səviyyəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.

ADAU-nun yeni internet saytı istifadəyə verilib
ADAU-nun yeni internet saytı istifadəyə verilib
ADAU-nun yeni internet saytı istifadəyə verilib
ADAU-nun yeni internet saytı istifadəyə verilib
ADAU-nun yeni internet saytı istifadəyə verilib