Elmi nailiyyətlər

Hüseynov Nizami
Mövzunun adı: Gəncə-Qazaq Bölgəsində təbii seloit mineralının gübrələrə birlikdə tətbiqinin pambıq bitkisinin becərilməsində səmərəliliyi


Qısa təsviri: Tədqiqatda ilk dəfə olaraq suvarılan boz-qəhvəyi (şabalıdı) torpaqlarda pambıq bitkisi altında seolit və peyin zəminində mineral gübrələrin səmərəli normaları müəyyən edilmiş, torpaq münbitliyi artmış, su-fiziki, fiziki-kimyəvi xassələri yaxşılaşmış, məhsuldarlıq, məhsulun keyfiyyət göstəriciləri yüksəlmişdir.

Kazımov Nizami
Mövzu: Pambıqçılıqda heksaploid mənşəli formalardan istifadə etməklə əməli seleksiya üçün başlanğıc material və donorların yaradılması


Qısa təsviri: Daim artan tələbata uzun müddət cavab verə bilən və hazırda istehsalatda olan sortlara nisbətən əlverişsiz xarici şəraitin streslərinə - quraqlığa, istilərə, xəstəlik və zərərvericilərə davamlı, yüksək keyfiyyətli lifə malik tezyetişən sortlar yaradılması istiqamətində birinci dəfə olaraq pambığın yüksək genomlu növlərinin hibridləşməsindən alınmış heksaploid mənşəli hibrid formaları pambığın G. hirsutum L. növünə aid sortlarla hibridləşdirilməklə əməli seleksiya üçün zəngin parametrli başlanğıc material yaradılması imkanları aydınlaşdırılmışdır.

Ələkbərov Fariz
Mövzu: Üçtarlalı pambıq-yonca-taxıl növbəli əkin dövriyyəsində torpağın əsas becərmə üsullarının onun münbitliyinə və becərilən bitkilərin məhsuldarlığına təsiri


Qısa təsviri: Keçmiş sovet ittifaqı respublikaları içərisində heç bir analoqu olmayan və uzaq xaricdə (ABŞ, Hindistan, Yunanıstan, Türkiyə və s) aparılan qısa tarlalı pambıq növbəli əkinlərindən fərqlənən intensiv qısa tarlalı-üçtarlalı pambıq-yonca-taxıl növbəli əkin dövriyyəsi və bu növbəli əkinə uyğun olan, torpağın münbitliyinin artırılmasını, onun su-fiziki xassələrinin yaxşılaşdırılmasını və növbəli əkində becərilən bitkilərdən yüksək, stabil məhsul alınmasını təmin edən torpaq becərmə sistemi işlənmişdir.

İsayeva Dünya
Mövzunun: Gəncə-Qazax bölgəsində payızlıq arpa bitkisinin səmərəli becərmə texnologiyası


Qısa təsviri: Tədqiqatda ilk dəfə olaraq suvarılan boz-qəhvəyi (şabalıdı) torpaqlarda payızlıq arpanın Qarabağ-22 sortundan yüksək və keyfiyyətli dən məhsulu almaq üçün səpin üsullarının və gübrələrin səmərəli normaları müəyyən edilmişdir. Səpin üsullarının və gübrələrin təsirindən torpaq münbitliyi, məhsuldarlıq, məhsulun keyfiyyət göstəriciləri artmış və bitkinin gübrələrdən istifadə əmsalı yüksəlmişdir.

Elman Mövsümov
Mövzu: Bioloji fəal maddələrin sintezi təbii mənbələrdən alınması və kənd təsərrüfatında tətbiqi.


Qısa təsviri: Yeni sintez olunmuş metal komplekslərinin fiziki-kimyəvi üsullarla tədqiqi. Mikroelementlərin yeni sintez olunmuş karboksilatlarının kənd təsərrüfatında tətbiqi.

Kamandar Daşdəmirov
Mövzu: Azərbaycan şəraitində introduksiya olunmuş amarant növlərinin fizioloji-biokimyəvi xüsusiyyətləri.


Qısa təsviri: Azərbaycanda becərilən amarantın böyümə və inkişafının tədqiqi.
Sosial şəbəkələrdə paylaş: