ƏLAVƏ TƏHSİL

Təkrar ali təhsil ödənişli formada vətəndaşlar, həmçinin müəssisə, təşkilat və idarələrlə Universitet arasında bağlanmış fərdi müqavilələr əsasında əyani və qiyabi təhsil formalarında həyata keçirilir.

Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun ödənilir.

Təhsili müvəffəqiyyətlə başa vuranlara bakalavr ali peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilir. Təkrar ixtisasa qəbul tələbələrin yay tətilində həyata keçirilir.
Sosial şəbəkələrdə paylaş: