Təqaüdlər

Təqaüdlər

Azərbaycan Dövlət Aqrar Universitetində dövlət sirafişli ixtisaslarda təhsil alan tələbələr aylıq təqaüdlə təmin olunurlar.

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə aqrar təhsilə marağın artırılması üçün univesitetə kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla qəbul olan tələbələrə əlavə təqaüd verilməsi davam etdirilir. 2018/2019-cu tədris ilindən qəbul imtahanlarında 500 400-dən yuxarı bal toplayaraq ADAU-nun aqraryönümlü ixtisaslarına qəbul olunmuş tələbələrə müvafiq olaraq 200100 manat əlavə təqaüd verilir. Bununla yanaşı Elmi Şuranın qərarına əsasən qeyri kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunmuş tələbələrə 120 manat, 400-499 balla qəbul olunmuş tələbələrə 80 manat məbləğində büdcədənkənar vəsait hesabına əlavə təqaüd verilmişdir. Universitetdə təhsil göstəriciləri yüksək olan tələbələrə rəhbərlik tərəfindən diqqət və qayğı göstərilir. Belə ki, sessiyaların yekunlarına görə fənnlərdən 100 bal toplayanların aylıq təqaüdlərinə 100, 80 və 60 manat məbləğində əlavələrin edilməsi, ingilis dilli ixtisaslarda təhsil alanlara 70 manat məbləğində aylıq yardımlar edilməsi universitetdə artıq ənənə şəklini almışdır.

Bundan başqa, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə“ Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 960 nömrəli Sərəncamına əsasən 2019-cu il martın 1-dən dövlət hesabına artırılan 16000 (on altı min) vahid əlavə təqaüd yerindən Təhsil Nazirliyinin müvafiq əmri ilə ADAU-ya 547 əlavə təqaüd yeri ayrılmışdır.

Təqaüdlər
Sosial şəbəkələrdə paylaş: