M E D İ A
U N İ V E R S İ T E T

Rektorun müraciəti

    Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etməyi, müasir təfəkkürlü və rəqabətqabiliyyətli aqrar mütəхəssis hazırlamağı qarşısına məqsəd qoyan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yurdunda, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilmiş, qədimliyini qorumaqla müasirləşən Gəncə şəhərində yerləşir.

    1920-ci ildən kənd təsərrüfatı fakültəsi, 1929-cu ildən müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən universitetimiz aqronomluq, torpaqşünaslıq və aqrokimya, baytarlıq təbabəti, zoomühəndislik, mühəndislik, aqrotexnologiya, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə fakültələrini və magistr hazırlığı mərkəzini özündə birləşdirməklə, ölkəmizin müxtəlif bölgələrindən və xarici ölkələrdən 6000-dən çox tələbə gənclərə azərbaycan, rus və ingilis dillərində təhsil verir. Müasir üslubda təmir olunmuş və istifadəyə verilmiş tədris korpusları, auditoriyalar, laboratoriyalar, tədqiqat mərkəzləri, əsaslı kitabxana, innovativ aqrobiznes şirkətlərində təşkil olunan təcrübələr burada yüksək keyfiyyətli təhsil almağa imkan verir. Bundan başqa, tələbə kampusu, idman zalı, tələbə istirahət guşələri, yay məktəbləri, ekskursiyalar və digər şəraitlər universitetdə fəal tələbə həyatını təmin edir. Bütün bu imkanlardan faydalanmaqla keyfiyyətli təhsil almaq istəyirsinizsə, Sizi universitetin təhsil mühiti ilə yaxından tanış olmağa və ADAU ailəsinə qoşulmağa dəvət edirik.

Hörmətlə,
İbrahim Həsən oğlu CƏFƏROV
Rektor, AMEA-nın müxbir üzvü, professor
İ M K A N L A R

Nə üçün Azərbaycan Dövlət
Aqrar Universiteti?

6000
8
30
560
4
U N İ V E R S İ T E T

FƏXRİ DOKTORLAR

BEYNƏLXALQ ƏLAQƏLƏR

TƏRƏFDAŞLAR